EN

Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi bərpa edilib

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi bərpa olunub.

Bu barədə Doğru.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 kilometr/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Qeyd edək ki, həmin yolda əlverişsiz hava ilə əlaqədar sürət həddi oktyabrın 19-da endirilib.

DOĞRU.AZ

Chosen
14
49
dogru.az

10Sources