EN

Rusiyada 3 uşaq yanğında ÖLDÜ

usiyanın Tula vilayətinin Demidovka kəndində fərdi evdə yanğın nəticəsində üç uşaq ölüb.
 
Moderator.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda bildirib.
 
"Demidovka kəndində fərdi ev yanıb. Yanğınsöndürmə zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 8 yaşlı qız, 3 və 4 yaşlı oğlanların meyitlərini aşkar ediblər", - məlumatda diqqətə çatdırılıb.
 
Qeyd olunub ki, yanğın zamanı uşaqlar evdə təkbaşına olublar. Yanğının söndürülməsinə 15 mütəxəssis və 6 texnika cəlb edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Chosen
4
3
moderator.az

4Sources