EN

Bu gün Zəngilan Şəhəri Günüdür

Oktyabrın 20-si Azərbaycan Zəngilan şəhərinin azadlığını qeyd edir.
 Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü olacaq.
Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.
Dörd il əvvəl bu gün Zəngilan şəhəri ilə yanaşı, Zəngilan rayonunun Havalı, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi də erməni qəsbindən azad olunub.
Azad edilən ərazilərə şanlı Azərbaycan bayrağı sancılıb.
İşğal illərində güclü dağıntılara məruz qalan Zəngilanın Baş Planı artıq təsdiqlənib. Prezident İlham Əliyev Zəngilan şəhərinə ilk sakinlərin 2025-ci ildə, ola bilər, bir az da tez qayıdacaqlarını bildirib.
Chosen
18
3
tribunainfo.az

10Sources