EN

Qərbi Azərbaycan Xronikası: "Damğalar sübut edir ki, türklər Qafqazdan Altaya köçüblər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Qafqazda olan türk damğaları Altayda tapılanlardan 1400 il qədimdir" adlı buraxılışda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov Azərbaycan ərazisində olan damğalar, rəmzlər və onların türk mənşəli olmasından söz açıb.
Onun sözlərinə görə, Azərbaycanda rast gəlinən damğalar ortaq türk irsinin nümunələridir: "Damğalar sübut edir ki, türklər Qafqazdan Altaya köçüblər. Qafqazda olan türk damğaları Altayda tapılanlardan 1400 il qədimdir. Türklərdə damğa dövlətçilik rəmzi kimi çıxış edirdi. Arsak damğaları onların türk olduğunu sübut edir. Dərbənd qalasının üzərindəki damğalar onu tikən türk tayfalarının işarəsidir".
O deyib ki, türk damğaları Tanrıçılıq inancları ilə bağlıdır: "Alban məbədləri beşguşəli bünövrə ilə səlcuq üslubunda tikilib. Türk boylarının tarixi onların damğalarındadır".
A.Qurbanov sonda Xudavəng monastırındakı Həsən Cəlaləddövlənin möhürünün mənasından.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Chosen
8
18
oxu.az

10Sources