EN

Karateçimiz "Belarus Open" turnirinin qalibi oldu

Karate üzrə Azərbaycan milli komandasının üzvü Asiman Qurbanlı Minsk şəhərində keçirilən "Belarus Open-2024" beynəlxalq turnirində qızıl medal qazanıb.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 84 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beynəlxalq turnirə oktyabrın 20-də yekun vurulacaq.

Chosen
24
2
publika.az

3Sources