EN

Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən 4 il ötüb

Bakı. Trend:

Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən 4 ilötür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığıəks-hücum əməliyyatı nəticəsində Zəngilan şəhəri oktyabrın 20-dəerməni işğalından azad edilib.

Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələriniişğaldan azad etməyə başlaması barədə xəbəri Prezident İlham Əliyevxalqa müraciətində bəyan edib.

Prezident İlham Əliyev müraciətində oktyabrın 20-də Füzulirayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar,Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa,Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli,Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşlikəndinin keçmiş adı Noraşen olub), Vəng kəndlərinin (Dövlət başçısıhəmin müraciətində Vəng kəndinə Çinarlı adı verdiyini açıqlayıb)işğaldan azad edildiyini bildirib.

Prezident İlham Əliyev daha sonra Azərbaycan Ordusunun Zəngilanrayonu ərazisinə də daxil olduğunu, yaşayış məntəqələrini azadetdiyini vurğulayıb. Prezident İlham Əliyev Zəngilan rayonununHavalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərininvə Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.

Qeyd edək ki, Azərbaycanda “Zəngilanın azad olunmasına görə”medalı təsis olunub.

Bundan başqa, Prezident İlham Əliyevin imzaladığı sərəncamlaAzərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləritəsis edilib.

20 oktyabr Zəngilan Şəhəri Günüdür.

Məqalədə:
Chosen
27
8
az.trend.az

10Sources