EN

ABŞ razı, Almaniya narazı - Ukrayna NATO-ya dəvətolunacaqmı?

Demokratlar Partiyasının namizədi Kamala Harris ABŞ prezident seçkilərində qalib gəlsə, hazırkı dövlət başçısı Co Bayden Ukraynanın NATO-ya dəvət edilməsi prosesinə təşəbbüs göstərə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, oktyabrın 12-də Berlində keçirilən görüşdə ABŞ, Böyük Britaniya, Fransa və Almaniya liderləri Ukraynanın alyansa dəvət olunması ilə bağlı fikir ayrılığına düşüblər. Kiyev israr edir ki, NATO-ya dəvət onun təhlükəsizliyinin ən yaxşı təminatı olacaq. ABŞ-ın bu addıma fundamental etirazı yoxdur, Almaniya isə buna qarşıdır.

Avropalı diplomatik mənbə təklif edib ki, Harris noyabrda qalib gəlsə, Bayden yanvarda andiçmə mərasimindən əvvəl Ukraynanı birliyə dəvət edə bilər.


Müəllif: Pərvin Cəfərova
Chosen
22
24
teleqraf.com

10Sources