EN

Dövlət idarəsi satışa çıxarılır - 115 min manat qiymət qoyuldu

  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daha bir kiçik dövlət müəssisəsini hərraca çıxaracaq.

Referans.az  Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac 18 noyabr 2024-cü il tarixində təşkil olunacaq.

 Məlumata görə, hərraca çıxarılacaq obyekt Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsidir.

Sözügedən obyektin ilkin satış qiyməti 115122 manat, 10% behin həcmi isə 11512 manat müəyyənləşib./Ölkə.az  

Chosen
10
12
referans.az

10Sources