EN

Dövlət qurumunun binası satışa çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daha bir kiçik dövlət müəssisəsinin binasını hərraca çıxaracaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Hərrac 18 noyabr 2024-cü il tarixində təşkil olunacaq.

Hərraca çıxarılacaq obyekt Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin binasıdır.

Sözügedən obyektin ilkin satış qiyməti 115 122 manat, 10% behin həcmi isə 11 512 manat müəyyənləşib.

"Cebheinfo.az"

Chosen
13
10
cebheinfo.az

10Sources