EN

Türk ordusu İraqda 11 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirdiyi əməliyyatda 11 terrorçu zərərsizləşdirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında bildirilib.

Məlumatda qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyatlar nəticəsində Hakurk bölgəsində 10, Metina bölgəsində 1 PKK terrorçusu zərərsizləşdirilib.

Milli.Az

Chosen
15
10
milli.az

10Sources