EN

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

Bu barədə Publika.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib.

Bunlara Miqrasiya Məcəlləsində, “Dövlət rüsumu haqqında” qanunda, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Turizm haqqında” qanunda, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində (hamısı üçüncü oxunuş) dəyişiklik, “Siyasi partiyalar haqqında” qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik, Vergi Məcəlləsində dəyişiklik layihələri daxildir.

Chosen
8
9
publika.az

10Sources