EN

Fransa xarici işlər naziri Ukraynanı Parisin əsas prioriteti adlandırıb

Ukrayna dünyada vəziyyətin pisləşməsinə baxmayaraq, Fransa və onun müttəfiqləri üçün prioritetdir və belə də qalacaq.

Demokrat.az
xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ilə birgə mətbuat konfransında deyib.

Oktyabrın 19-da Barro Ukraynaya rəsmi səfərə gəlib.

Barrot həmçinin bildirib ki, Fransa hazırda Ukraynanı Şimali Atlantika Alyansına dəvət etmək ideyasına “açıqdır”  və təşkilatdakı tərəfdaşları ilə müvafiq müzakirələr aparır.

Oktyabrın 18-də Avropa məsələləri üzrə nazir-nümayəndə Benjamin Haddad Parisien qəzetinə müsahibəsində bildirib ki, Fransa öz tərəfdaşlarını Ukraynanı NATO-ya indi dəvət etməyin zəruriliyinə inandırmağa çalışır.

Mehriban Mirzəzadə
Demokrat.az
Chosen
25
8
demokrat.az

10Sources