EN

Müharibəyə görə ölkələrini tərk edən ailə Amerikada öldü

ABŞ-də Helen qasırğası nəticəsində 2022-ci ildə Ukraynadan köçən bir ailənin bütün üzvləri ölüb.

KONKRET.az xəbər verir ki, ailə Rusiya-Ukrayna arasında başlanan müharibəyə görə Amerikaya köçübmüş.

Qasırğa sentyabrın 27-də Şimali Karolinanın qərbindən keçib.  Fırtına zamanı South Toe çayı aramsız yağan yağış səbəbindən sahillərini aşıb və Rick Vibin ailəsinin evini dağıdıb. Bundan sonra 2022-ci ilin aprelində Xerson vilayətindən təxliyə edilən Vibinin qardaşının ailəsi ( həyat yoldaşı və oğlu) həyatlarını itiriblər.

Ukraynalı ailənin qalan üzvləri ( digər oğlu və gəlini)  itkin və ya ölmüş hesab edilir.

Chosen
3
2
konkret.az

3Sources