Aparıcı Mikayıl Güləddinoğlunun verilişinin adından dələduzluq halları qeydə alınıb.
Milli.Az bildirir ki, azxeber.com-un redaksiyasına gələn şikayətlər əsasında məlum olub ki, "Axşamdan-axşama" verilişin adından vətəndaşlara zənglər olunaraq onların hədiyyə qazanması barədə məluatlar verilir.
Â
Şikayətçinin sözlərinə görə ona zəng edən şəxs özünü "MTV" Azərbaycan kanalının əməkdaşı kimi təqdim edib.
Â
O, xanıma Mikayıl Güləddinoğlunun sözügedən verilişinin baş sponsoru tərəfindən hədiyyələrə layiq görüldüyünü bildirib.
Â
Burada É™sas mÉ™qsÉ™d isÉ™ vÉ™tÉ™ndaÅŸa bir hÉ™diyyÉ™ verÉ™rÉ™k, digÉ™r bahalı əşyaları "endirim" adı ilÉ™ satmaqdır.Â
Â
Mövzu ilə bağlı Mikayıl Güləddinoğlu ilə əlaqə saxlamağa çalışdıq. Aparıcının köməkçisi bu dələduzluqdan xəbərdar olduqlarını, təkcə "Axşamdan-axşama" verilişinin yox, bir çox layihələrin adından bu kimi halların qeydə alındığını bildirib. O, vətəndaşları belə dələduzluqlara inanmamağa çağırıb.
Â
Xatırladaq ki, yanvar ayında Mikayıl Güləddinoğlu "MTV" Azərbaycan kanalında yayımlanan "Axşamdan-axşama" "Toya gəlmişik", "Qırmızı çamadan" verilişlərinin yayımını dayandıraraq kanalla yollarını ayırıb.
Â
Aparıcı hazırda "KANAL-S"də çalışır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun