Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKAF) prezidenti Anar Quliyev və Çad Kamandan Oxatma Federasiyasının prezidenti, Çad Olimpiya Komitəsinin baş katibi Nquelet Kolombe arasında məhsuldar görüş keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AKAF-ın mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə qurulacaq əlaqələrin inkişaf perspektivləri və kamandan oxatma üzrə mümkün layihələr müzakirə edilib.