EN

Sorğu: Tramp bütün ştatlarda liderdir

ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi, ABŞ-nin vitse-prezidenti Kamala Harrisi yeddi ştatda qabaqlayır.

Bunu RealClearPolitics (RCP) portalının oktyabrın 18-də dərc etdiyisorğuların nəticələrinin təhlili sübut edir.

Respublikaçı siyasətçi Arizona, Nevada, Viskonsin, Miçiqan, Pensilvaniya, Şimali Karolina və Corciya ştatlarında Harrisdən bir qədər irəli keçə bilib. Trampın üstünlüyü ştatlara görə 0,5-1,4 faiz arasında dəyişir.

Orta hesabla, ştatlarda respondentlərin 48,3%-i Trampı, 47,5% isə Harrisi dəstəkləməyə hazırdır. Ölkədə orta hesabla götürdükdə demokratların prezidentliyə namizədi liderdir - 49,3%. Ona qarşı 47,9%-lik potensial səs var.

Məlumatlar oktyabrın 2-dən oktyabrın 16-dək müxtəlif televiziya şəbəkələri, agentliklər və CBS News, NBC News, Fox News və Reuters/Ipsos kimi tədqiqat şirkətləri və s. tərəfindən keçirilərək dərc edilmiş milli sorğulara əsaslanır.

ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Tural

Chosen
19
50
news365.az

10Sources