EN

COY19-la bağlı Azərbaycana 4-dən çox gənc gələcək - Leyla Həsənova

Bakı. Trend:

COP29-dan öncə baş tutacaq Gənclər Konfransı (COY19) ilə bağlıdünyanın müxtəlif ölkələrindən 400 nəfərdən çox gənc Azərbaycandatoplaşacaq.

Trend xəbər verir ki, bubarədə “Uniform Distribution and Accreditation Center”in (UDAC)açılış mərasimində COP29-un Azərbaycan üzrə “Gənclər İqlimÇempionu” Leyla Həsənova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, COP29-un baş turmasına 22 gün qalıb və COPöncəsi son hazırlıqlar görülür.

“Gənclərin tədbirdə rolu və iştirakı maksimum səviyyədə olacaq.Həm bu konfransda, COP29-dan öncə baş tutacaq Gənclər Konfransı(COY19) ilə bağlı dünyanın müxtəlif ölkələrindən 400 nəfərdən çoxgənc Azərbaycanda toplaşacaq.

Gənclər Konfransının qərarı COP29-un Katibliyinə də təqdimediləcək ki, tədbirin yekun sənədində məhz gənclərin də rəyi nəzərəalınsın", - deyə o bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Chosen
17
10
az.trend.az

10Sources