EN

Göyçayda ölümlə nəticələnən qəza baş verib VİDEO

Göyçayda

Göyçay,19 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Göyçayda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə gecə saatlarında, rayonun Ləkçıplaq kəndində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb.

Gecənin digər yol qəzası Kürdəmirdə baş verib. Hadisə şəhərin Bakı prospektində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin avtobusla toqquşması nəticəsində sürücülərdən biri xəsarət alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Hər 2 faktla bağlı araşdırma aparılır.

Chosen
3
3
azertag.az

5Sources