EN

Peçi benzinlə yandırmaq faciəyə səbəb oldu, 2 yaşlı uşaq öldü

Lerikdə yanıq xəsarətləri alan 2 yaşlı uşaq ölüb.

2022-ci il təvəllüdlü Vüqar Abbaslı bu gün səhər səhər yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə ötən gecə Lerik rayonunun Şinəbənd kəndində baş verib. Odun peçindən çıxan alov 2 yaşlı uşağın və valideynlərinin üstünə düşüb. 2 yaşlı uşağın bədəninin çox hissəsinin yandığı bildirilirdi.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanmasına, ata və ananın xəsarət almasına səbəb olub.

Lerik rayonunun Blaband kənd ərazi vahidliyinə daxil olan Şinəbənd kəndində baş verib. Kənd sakini 1987-ci il təvəllüdlü Rüfət Güloğlan oğlu Abbasov, evdə odun peçini qalamaq üçün benzindən istifadə edib. Bu zaman peçdən çıxan alov ətrafa və yaxınlıqda olan uşaq 2022-ci il təvəllüdlü V.R.Abbaslının üzərinə düşüb. Uşağın anası 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova dərhal uşağın paltarlarını çıxarmağa çalışıb. Həmin anda ana da hər iki əlin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alıb. (APA)

Chosen
11
28
azpost.info

10Sources