Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun vəziyyətinin pisləşməsi ilə bağlı çağırış daxil olub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
"Mərkəzə 18 oktyabr 2024-cü il tarixində, saat 21:00-da Göy Məscid ərazisindən Tağı Əhmədovun halının pisləşməsi ilə bağlı çağırış daxil olub.
Saat 21:07-də isə çağırışdan imtina qeydə alınıb", - deyə TƏBİB məlumat verib.
Tarix: 19 Oktyabr 2024, 08:18