EN

Devid Lemmi Çinin Xarici İşlər Naziri ilə görüşüb

Bakı. Trend:

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin Çinə ikigünlük səfəri başlayıb.

Trend BritaniyaXarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, o, Pekində Çininxarici işlər naziri Van İ ilə görüşüb. Görüşdə iqlim, ticarət vəqlobal xarici siyasət məsələləri, o cümlədən Pekinin RusiyanınUkraynadakı müharibəsinə dəstəyi ilə bağlı iddialar müzakirəolunub.

Devid Lemmi, iki ölkə arasında fikir ayrılıqları olsa da, qlobalyaşıl enerjiyə keçid və dərin iqtisadi əlaqələr kimi ortaqmaraqların mövcudluğunu vurğulayıb. Səfər çərçivəsində nazirŞanxayda britaniyalı iş adamları ilə də görüşərək Çinlə əlaqələrinBöyük Britaniyanın iqtisadi inkişafına təsirini müzakirəedəcək.

Qeyd edək ki, D. Lemmi son 6 ildə Çinə səfər edən ikinci yüksəksəviyyəli britaniya diplomatıdır.

Chosen
37
3
az.trend.az

4Sources