EN

Moldovada Aİ üzvlüyünə dair referendumla bağlı poçt səsverməsi keçirilib

Moldovada

Kişineu, 19 oktyabr, AZƏRTAC

Moldova prezidentliyinə seçkilər və ölkənin Avropa İttifaqına (Ai) üzvlüyü məsələsinə dair referendumla bağlı poçt vasitəsilə 1340-dan çox vətəndaş səs verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Anjela Karaman keçirdiyi brifinqdə məlumat verib.

MSK sədri qeyd edib ki, xarici seçki büroları tərəfindən zərflərin qəbulu prosesi başa çatıb.

Seçicilərə göndərilən 1808 zərfdən 1344-ü qəbul edilib, Digər zərflər etibarsız sayılacaq.

Qeyd edək ki, oktyabrın 20-də keçiriləcək prezident seçkiləri ilə bağlı 11 nəfərin namizədliyi qeydə alınıb. Əgər namizədlərdən heç biri 50 faizdən çox səs toplamasa, seçkilərin ikinci turu təyin olunacaq. Prezident seçkiləri ilə eyni gündə Moldovanın Aİ-yə üzvlüyü məsələsinə dair referendum da keçiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Chosen
33
1
azertag.az

2Sources