EN

Tağı Əhmədov üçün çağırış daxil olduqdan yeddi dəqiqə sonra imtina edilib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun vəziyyətinin pisləşməsi ilə bağlı çağırış daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

"Mərkəzə 18 oktyabr 2024-cü il tarixində, saat 21:00-da Göy Məscid ərazisindən Tağı Əhmədovun halının pisləşməsi ilə bağlı çağırış daxil olub.

Saat 21:07-də isə çağırışdan imtina qeydə alınıb", - deyə TƏBİB məlumat verib.

Chosen
3
12
musavat.com

10Sources