EN

Premyer Liqa: “Qarabağ” “Kəpəz”ə Tovuzda 5 cavabsız qol vurdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 10-cu turuna start verilib.

Arena.az xəbər verir ki, turun, eləcə də ikinci dövrənin ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda son çempion və lider “Qarabağ” səfərdə çempionatın aşkar autsayderi “Kəpəz”in qonağı olub. Tovuzda keçirilən oyunda Ağdam klubu rəqibini 5 cavabsız qolla məğlub edib.

Premyer Liqa
10-cu tur
18 oktyabr

“Kəpəz” – “Qarabağ” 0:5
Qollar: Emmanuel Addai, 17. Aleksey İsayev, 51. Leandro Andrade, 52. Toral Bayramov, 67. Aleksey Kaşuk, 78.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu.

Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov (k), 11. Orxan Əliyev, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 3. Mahamadu Ba, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 10. Karim Lkuça, 19. Lassana Ndiaye.
Baş məşqçi: Azər Bağırov.

Qarabağ: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 19. Redon Cica, 21. Aleksey Kaşuk.
Baş məşqçi: Qurban Qurbanov.

Chosen
6
3
arena.az

10Sources