EN

Ermənistanla Azərbaycana sülh müqaviləsi üçün “3+3” platforması təklif olunub

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə işləri yekunlaşdırmaq üçün “3+3” əməkdaşlıq platforması təklif olunub.

Bu barədə jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, burada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması vacibdir, lakin bu proses də Bakı ilə İrəvan arasındakı prosesə bağlıdır.

Lavrovun sözlərinə görə, Rusiya ilə İran bu istiqamətdə müsbət nəticələrə nail olmaq üçün əlindən gələni edəcək. Lavrov, həmçinin, Gürcüstanın da bu platformada gələcəkdə iştirak edəcəyinə ümid etdiyini əlavə edib. (APA)

Chosen
2
2
azpost.info

3Sources