EN

Medvedev: "Ukrayna “çirkli” nüvə bombası yaradır"

"Ukraynadakı rejim “çirkli” nüvə bombası yaratmağa çalışır və bunun üçün hər cür imkana malikdir".

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında bildirib.

O, Kiyev rejimini "nasist" adlandırıb. Medvedevin sözlərinə görə, Ukraynada belə bir silahın ərsəyə gətirilməsi üçün lazım olan hər şey var. Söhbət xammaldan, texnologiyadan və kadrlardan gedir. Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, istənilən sovet laboratoriyası “çirkli bomba” yaratmaq üçün uyğundur.

Qeyd edək ki, “Bild” nəşri adı açıqlanmayan ukraynalı rəsmiyə istinadən yazıb ki, Kiyev Rusiya Federasiyasına qarşı istifadə üçün bir neçə həftə ərzində nüvə silahı yarada bilər.

Tural

Chosen
27
3
news365.az

4Sources