EN

Misli Premyer Liqası:"Qarabağ" "Kəpəz"ə qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasında ikinci dövrəyə start veriləcək.

Oxu24.com  xəbər verir ki, X turun açılış oyununda "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gələcək. Tovuz şəhər stadionunda reallaşacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.

"Qarabağ" 9 turdan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir. "Kəpəz" isə 3 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 19-20-də keçiriləcək.

Chosen
17
3
oxu24.com

4Sources