EN

Maliyyə sektoru Azərbaycanın iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi olacaq -Muxtar Babayev

Bakı. Trend:

Maliyyə sektoru Azərbaycanın iqtisadi inkişafının əsashərəkətverici qüvvəsi olacaq.

Trend xəbər verir ki, bubarədə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyənedilmiş prezidenti Muxtar Babayev Bakıda "Yaşıl maliyyə vədayanıqlı inkişaf" mövzusunda keçirilən forumda bildirib.

"Maliyə olmadan heç nəyə nail ola bilmərik. Bu il maliyyəresurslarının nə qədər əhəmiyyətli olduğunu aydın şəkildə gördük.Demək olar ki, bütün məsələlər maliyyələşmədən başlayır. Dünyadaartıq bunu hər kəs başa düşür və maliyyə sektorundan çox şeygözləyirlər", - o bildirib.

Onun sözlərinə görə, gələcək iqtisadi artım vəiqtisadiyyatımızın inkişaf edəcəyi istiqamət, əsasən, banksektorundan asılı olacaq.

"Maliyyə sektoru bu işin əsas hərəkətverici qüvvəsinəçevriləcək. Banklardan və maliyyə institutlarından yaradıcılıq vəmüxtəlif təkliflər baxımından böyük gözləntilərimiz var. Bualətlərin qarışıq formalarının inkişafı, onların bazaraçıxarılması, biznes üçün yeni təkliflər və onların dövlətqurumlarına təqdim edilməsi bizim üçün böyük gündəlik yaradacaq", -o əlavə edib.

Xəbər yenilənəcək

Chosen
7
1
az.trend.az

2Sources