EN

Professorun 47 yaşlı oğlu qəfildən öldü

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Rəna Abdullayevaya ağır itki üz verib.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, onun oğlu Ayan Abdullayev 47 yaşında dünyasını dəyişib.

A.Abdullayevin qəfil ürəktutmadan vəfat etdiyi bildirilir.

Qeyd edək ki, R.Abdullayeva Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadənin həyat yoldaşıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
2
6
milli.az

10Sources