EN

Narkotikin təsiri altında olan "Range Rover" sürücüsü saxlanıldı - VİDEO

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Range Rover" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü M.Qasımlıya “saxla” işarəsi verilib.

Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı onun psixotrop maddə olan metamfetaminin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub.

M.Qasımlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Chosen
10
11
avtosfer.az

10Sources