EN

HƏMAS liderinin öldürülməsinə ABŞ kömək edib? – Pentaqondan AÇIQLAMA

“ABŞ ordusunun HƏMAS lideri Yəhya Sinvarın öldürülməsi əməliyyatında heç bir rolu yoxdur”.

Bizim.Media Amerika KİV-ə istinadən xəbər verir ki, bu sözləri keçirdiyi mətbuat konfransında Pentaqon sözçüsü Patrik Rayder deyib. O bildirib ki, bu, İsrailin əməliyyatı idi və ABŞ burada əməliyyatlara birbaşa cəlb olunmayıb.

“Birləşmiş Ştatlar girovların saxlanmasına cavabdeh olan HƏMAS liderlərinin izlənməsi və yerinin müəyyən edilməsi ilə bağlı kəşfiyyat məlumatlarına dair İsrailə köməklik göstərib. Təbii ki, bu, həm də ümumi mənzərəyə töhfə verib”,- deyə Pentaqon rəsmisi bildirib.

Bizim.Media

Chosen
6
4
bizim.media

6Sources