EN

Yadplanetlilərlə bağlı həqiqəti açıqlandı: ONLAR ARAMIZDADIR?

ABŞ Müdafiə Nazirliyi yadplanetlilərin Yerə səfərlərinin təsdiqlənmədiyini açıqlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqonun sözçüsü Patrik Rayder planetimizə yad canlıların gəldiyinə dair heç bir dəlil olmadığını bildirib. 

"Həqiqət ondan ibarətdir ki, yadplanetli sivilizasiyaların nümayəndələrinin Yerə səfər etdiyini təsdiqləyən heç bir sübutumuz yoxdur", - deyə Rayder vurğulayıb. 

Qeyd edək ki, Pentaqonun anomal hadisələrin öyrənilməsi şöbəsi var. Bir il əvvəl onlar bir sıra uçan naməlum obyektlərin yadplanetli təbiətli olduğunu bildiriblər.

Patrik Rayder isə son açıqlaması ilə həmkarlarının fərziyyələrini təkzib edib. 

Teymur Məmmədov


Chosen
20
1
news24.az

2Sources