EN

Rusiya ermənilərin Qarabağa qayıtmasını "müzakirə edir"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Moskvanın Bakı ilə ermənilərin Qarabağa qayıtması məsələsini müzakirə etdiyini açıqlayıb.

“Azərbaycanlı həmkarlarımızla olan bütün ikitərəfli təmaslarda erməni əhalinin Qarabağa qaytarılması məsələsini qaldırırıq və müvafiq cavablar alırıq. Tarixən bu ərazilərə bağlı olan insanlar üçün oraları itirməyin nə demək olduğunu çox yaxşı anlayırıq.”

O, bu sözləri brifinqdə erməni jurnalistin sualını cavablandırarkən deyib.

Mariya Zaxarova əlavə edib ki, “Rəsmi Bakının oranı tərk edən əhalinin öz evlərinə qayıtması ilə bağlı atdığı konstruktiv addımlar barədə dəfələrlə danışmışıq. İnsanların geri qayıtması üçün imkan yaradılıb və bu imkan indi də mövcuddur. Əgər insanlar öz evlərini, doğma yurdlarını qorumaqda maraqlıdırlarsa, o zaman bu imkandan yararlanmalıdırlar."

Rusiyalı rəsmi Qarabağı tərk etmiş ermənilərin yaşamaq üçün Rusiyaya müraciət ediklərini və bu məsələdə onlara dəstək verdiklərini bildirib.

“Bu məsələ ilə bağlı bizə müraciət edən insanları dəstəkləyirik, onlara iş və təhsil imkanı yaradırıq. Təkcə bu insanların taleyi ilə bağlı məsuliyyət götürmürük, biz həm də nə cür bir işin altına girdiyimizi başa düşürük, çünki bu, beynəlxalq ictimaiyyətin bəzi nümayəndələrinin xoşuna gəlmir. Və biz hələ də öz yaşadıqları yerlərdən məhrum olmuş, dil və mədəniyyətlə bağlı hüquqlarını itirmiş bu insanları dəstəkləməyə hazırıq”, Mariya Zaxarova qeyd edib.

VİDEO AÇILMIRSA YOUTUBE KANALIMIZDA İZLƏYİN.

Paylaşımını ötürün YouTubeGoogle YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Qəbul edin və davam edinXəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Məzmun mövcud deyil

Daha çoxu üçün YouTubeBBC kənar saytların məzmununa məsul deyil.

Chosen
40
bbc.com

1Sources