EN

3+3 regional platforması regionda stabilliyə rəvac verəcək – Fidan

Bakı, TurkicWorld

“3+3” regional platforması regionda stabilliyə rəvac verəcək.

TurkicWorld xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Hakan Fidan deyib.

Fidan qeyd edib ki, regionda dövlətləri öz probleminin özləri həll etməlidir və hegemon dövlətlər yalnız öz maraqlarına xidmət edir.

“Ermənistan və Azərbaycan arasında sülh bizim prioritetlərimizdən biridir”-deyə o bildirib.

Fidan qeyd edib ki, bilindiyi kimi Azərbaycan və Türkiyə bir millət iki dövlət prinsipi ilə hərəkət edir.

“ Ermənistan və Azərbaycan arasında sülhün olması regionda stabilliyin əsas amilidir. Prezindet Ərdoğan iki dövlət arasında sülhün olmasında olduqca maraqlıdır”-deyə o bildirib.

Qeyd edək ki, Oktyabrın 18-də İstanbulda “3+3” regional platformasının iclası keçiriləcək.Qeyd edək ki, ötən il 23 oktyabr tarixində Tehranda “3+3” formatında XİN başçılarının görüşü keçirilib.

Azərbaycanın və Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan da “3+3” formatında görüşdə iştirak edib.

Chosen
19
1
turkic.world

2Sources