EN

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Oktyabrın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb. SİA-nın əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun oktyabrın 18-də İstanbul şəhərində keçiriləcək "3+3" formatında görüşdə iştirakı və çıxışı nəzərdə tutulub.

Səfər çərçivəsində, həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Chosen
9
13
sesqazeti.az

10Sources