Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a operativ nəqliyyat vasitələrinin digərlərindən üstünlüyünü açıqlayıb:
“Operativ nəqliyyat vasitələri ixtisaslaşmış qaydada ümumi olaraq istifadə edilən nəqliyyat vasitələrdir. Operativ nəqliyyat vasitələrinə yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycanın ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən avtomobillər aiddir. Bu nəqliyyat vasitələri hərəkətdə olan zaman yolda hərəkət üstünlüyü onlara verilir. Yol hərəkəti haqqında qanuna uyğun olaraq zolaqlarda üstünlük bu nəqliyyat vasitələrində olur, tıxac zamanı digər avtomobillər onlara yol verməlidir. Mina təmizləmə əməliyyatlarında istifadə olunan nəqliyyat vasitələrinin operativ nəqliyyat növü hesab edilməsini müsbət hal kimi dəyərləndirmək olar. Buna əsasən səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək ”.
Törə Zeynallı
Demokrat.az
10Sources
-
unikal.azBu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək ( 12267658)
-
demokrat.azPartlayıcı sursat daşıyan avtomobillər operativ nəqliyyat növü hesab olunacaq — AÇIQLAMA ( 12125953)
-
poliqon.infoMinatəmizləmə maşınları operativ nəqliyyat vasitələri hesab ediləcək ( 12064216)
-
oxu.azOperativ nəqliyyat vasitələrinin siyahısında dəyişiklik edilir ( 12063769)
-
adalet.azMinatəmizləmə maşınları operativ nəqliyyat vasitələri hesab ediləcək ( 12062539)
-
yenicag.azMinatəmizləmə maşınları operativ nəqliyyat vasitələri hesab ediləcək ( 12062422)
-
sia.azMinatəmizləmə maşınları operativ nəqliyyat vasitələri hesab ediləcək ( 12062365)
-
demokrat.azMinatəmizləmə maşınları operativ nəqliyyat vasitələri hesab ediləcək ( 12062290)
-
unikal.azMinatəmizləmə maşınları operativ nəqliyyat vasitələri hesab ediləcək ( 12062119)
-
musavat.comMinatəmizləmə maşınları operativ nəqliyyat vasitələri hesab ediləcək ( 12061993)