EN

Köməksiz vəziyyətdə qalan vətəndaş belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.   Manset.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş doqquzmərtəbəli yaşayış binasında yuxarı mərtəbədən binanın 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına yıxılaraq köməksiz vəziyyətdə qalıb. Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı mənzilin qapısının bağlı olması səbəbindən xərəklə eyvandan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Chosen
10
17
manset.az

10Sources