EN

"Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin yekun tədbiri keçirilib - FOTOLAR

Bu gün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa  qəsəbəsi  K.Məmmədov adına 209 № li tam orta məktəbdə“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar”  layihəsinin yekun tədbiri keçirilib. 

QHT.az xəbər verir ki, "Oriqami“  uşaq və yeniyetmələr ictimai birliyi bildirir ki,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il  kiçik qrant müsabiqəsi çərçivəsində  Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh  qəsəbələrində “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar ”  layihəsinin icrasını davam etdirir. Layihə rəhbəri N.Nəcəfov “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin Fəaliyyət  Planına uyğun olaraq  17 oktyabr 2024-cü il ildə “Oriqami” QHT Sabunçu rayonu Maştağa qəsəbəsi K.Məmmədov adına 209  № li tam orta məktəbdə  yekun tədbir keçirib.

17.10.2024-cü il  saat 10-00 - da  könüllülük prinsipi əsasında, məktəbin VI, VII, VIII  sinif şagirdlərindən ibarət 47 nəfər Akt zalına  toplaşıblar. Akt zalı məktəbin Fiziki tərbiyə muəllimləri N.Quliyev və M.Mehdiyevin təşkilatçılığı ilə yekun tədbirin keçirilməsi üçün xüsusi hazırlanmış, əlavə masa və stullar qoyulub, zalda xüsusi təmizlik, işləri görülmüş, səliqə yaradılıb. Masaların üstünə şahmat  və domino dəstləri qoyulmuşdu. “Oriqami ” təşkilatı yekun tədbirdə məktəblilərin rəğbətləndirilməsi üçün  Roll up gətirmiş, 20 dəst loqolu papaq və loqolu qısaqol köynək, 20 ədəd  iştirakçı Sertifikatı, Vımpel, 11 dəst Şahmat, 11 dəst domino və 5 dəst digər ölçudə şahmat, 20 ədəd hədiyyə çantası və 2 mütəhərrik oyun dəstləri -  İnteraktiv  “Çarpaz qollar” və "Böyük Domino“ oyun və əyləncə dəstləri gətirmişdi.

Yekun tədbiri giriş sözü ilə 209 № li tam orta məktəbin  direktoru  S.Ağayeva açdı. O,  şagirdlərin  layihənin icrasında fəallığını qeyd etdi,onlara asudə vaxtdan  daha səmərəli istifadə etməyi və  intellektual səviyyələrini artırmağı tovsiyyə etdi. Tədbirdə layihə rəhbəri N.Nəcəfov çıxış etdi. O dedi ki, layihə məktəblilərin davamlı  inkişafı məqsədini daşıyır,şagirdlərə intellektual səviyyələrini artırmağa kömək edir. Sonra  yekun tədbirdə iştirak edən 47 şagird öz maraqlarına görə  şahmat oyununa, böyük domino,  qruplara bölünüb  komanda domino yarışına qatıldılar. Bir qrup şagird çarpaz qollar ətrafında toplaşdılar və çoşqunluqla yarışmağa başladılar.

209 № li tam orta məktəbdə “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar”  layihəsinin yekun tədbirində 47 şagirdə hədiyyələr təqdim edildi. Hədiyyələrin təqdim olunmasında məktəbin  direktoru  S. Ağayeva, UBR T.Əliyeva,psixoloq S.Muradova, F/t tərbiyə müəllimləri N.Quliyev, M.Mehdiyev iştirak etdilər. Yekun tədbirin sonunda  layihə rəhbəri N.Nəcəfov pedaqoji heyətə və məktəblilərə təhsildə uğurlar arzuladı.

Chosen
2
5
qht.az

10Sources