Olaylar xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə "X" sosial şəbəkəsində bildirib.
"Yaponiyaya işgüzar səfəri çərçivəsində Elçin Əmirbəyov Yaponiyanın yüksək vəzifəli rəsmiləri, o cümlədən, milli təhlükəsizlik müşaviri Takeo Akiba, xarici işlər üzrə dövlət naziri Kiyoto Tsuci və parlamentin Müşavirlər Palatasının Xarici İşlər və Müdafiə Komitəsinin rəhbəri Kimi Onoda ilə görüşərək, Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti, perspektivləri və Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı çağırışlar, eləcə də, Bakıda keçiriləcək COP29 barədə müzakirələr aparıb", - o qeyd edib.
Səfir əlavə edib ki, Elçin Əmirbəyov Yaponiyanın Beynəlxalq Əlaqələr Forumu (JFIR) çərçivəsində "Cənubi Qafqazda sülhün bərqərar olması üçün tarixi şans: çağırışlar və imkanlar" mövzusunda çıxış edib.