EN

Türkiyədən Fransaya kimyəvi məhsul ixracı cüzi azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyədən Fransaya kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq 478,3 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə Fransaya 47,4 milyon dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 1,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki,2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq, 23 milyard 187 milyon dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 2 milyard 216 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 20,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 31 milyard 419 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Chosen
3
49
turkic.world

10Sources