EN

Yüksək Liqa: İlk turun hakim təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Ötən mövsümün gümüş və qızıl medalçısının dueli ilə start götürəcək yeni mövsümün ilk matçını FİFA referiləri idarə edəcəklər.

Qeyd edək ki, ilk turun bütün oyunları “Olimpik Star”da keçiriləcək.

Yüksək Liqa
1-ci tur
22 oktyabr

14:30. Baku Fire – Araz-Naxçıvan
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Elgün Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.

16:15. Şuşa – Neftçi İK
Hakimlər: Knyaz Əmiraslanov, Ramil Namazov, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.

18:00. U-19 – Yasamal Bakı
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, İmran Məhərrəmov.
Hakim-inspektor: Azad Hüseynov.

Chosen
12
1
arena.az

6Sources