EN

Sentyabrda Türkiyənin İstanbul limanı 789 gəmi qəbul edib

Bakı. Trend:

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin İstanbullimanı 789 gəmi qəbul edib.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzindəİstanbul limanı Türkiyə bayrağı altında üzən 337, digər ölkələrinbayraqları altında üzən 452 gəmi qəbul edib.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Türkiyə limanları 30milyon 878 min 569 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxililimanlara yük qəbulu 2 milyon 710 min 506 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altındagəmilərlə yük daşınması 28 milyon 168 min 63 ton olub”, – deyənazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin sentyabr ayında Türkiyəlimanlarından 5 milyon 293 min 766 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- sentyabraylarında Türkiyə limanları 298 milyon 687 min 329 ton yük qəbuledib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 22 milyon 618 min850 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 276 milyon 68 min 479 tontəşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarındaTürkiyə limanlarından 51 milyon 825 min 408 ton transit yükdaşınıb.

Qeyd edək ki, sentyabr ayında Türkiyə limanları 5 min 466 gəmiqəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 174, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 292 olub.

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 46 min314 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul ediləndigər ölkələrin bayraqları altında olan gəmilər 16 min 183, Türkiyəbayrağı altında olan gəmilər isə 30 min 131 olub”, – deyənazirlikdən bildirilib.

Chosen
2
49
az.trend.az

10Sources