EN

Deputat şəhid ailələrini ziyarət etdi

 

Milli Məclisin deputatı Müşfiq Məmmədli şəhid ailələriniz ziyarət edib.

Deputat Siyəzən rayonunda 44 günlük müharibə zamanı gedən döyüşlərdə şəhid olan Əzimov Saatmirzə Feyruz oğlunun ailəsini ziyarət edib. Şəhidimizin qəhrəmanlıq yolu ilə bir daha tanış olduq, ailəsinə başsağlığı verib. Həmçinin Məşrif kəndində şəhidimiz Məhərrəmov Elməddin Şahlar oğlunun anım günü ilə əlaqədar evlərini ziyarət edib, şəhidimizin qəhrəmanlıq yolu ilə tanış olub, ailəsinə başsağlığı verib.

Şəhidlərimizin göstərdiyi güc və fədakarlıq hər birimiz üçün bir örnəkdir. Biz şəhid ailələrinin dərdlərini paylaşır, hər zaman onların yanında olduğumuzu bildirdik deyə millət vəkili qeyd edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Chosen
6
1
xalq.az

2Sources