EN

Bakıda məktəbdə elektrik yenidən verildi - RƏSMİ

Binəqədi rayonu 182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb.   Manset.az xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilir ki, sabahdan etibarən məktəbdə tədris prosesi normal qaydada davam edəcək.

Qeyd edək ki, Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Chosen
7
12
manset.az

10Sources