ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus \"EA-18G Growler” qırıcısı Vaşinqton ştatında Raynir vulkanının şərq hissəsi yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.
Bu barədə \"The Seattle Times\" qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ HDQ-nin \"MH-60S” helikopteri axtarış qrupu tərkibində qəza yerinə göndərilib. Pilotların vəziyyəti hələ də müəyyən edilməyib. Qəzanın səbəbləri araşdırılır.
EA-18G \"Growler\" radioelektron mübarizə qırıcısı F/A-18 Super Hornet qırıcısının modifikasiyasıdır. Onun dəyəri 67 milyon ABŞ dollarıdır.
///report