EN

Türkiyədə güclü zəlzələ - 187 nəfər zərər gördü- Yenilənib

Türkiyənin Malatya vilayətində 5,9 maqnitudalı zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) yayıb. 

Malatyanın Kale bölgəsində qeydə alınan zəlzələ Diyarbəkir, Elazığ, Kahramanmaraş, Tokat və Adıyamanda da hiss olunub. 

Dağıntı və tələfat barədə hələ məlumat verilməyib.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələdən sonra bölgədə monitorinqə başlanıldığını açıqlayıb. 

***

Zəlzələ səbəbindən Malatyada tədris prosesi 1 günlük dayandırılıb. 

***

Ali Yerlikayanın sözlərinə görə, 187 nəfər zəlzələ səbəbindən zərər görüb.

O bildirib ki, hazırda 43 nəfərin səhhəti ilə bağlı vəziyyət nəzarət altındadır. Nazir, həmçinin təbii fəlakət zamanı ölənlərin olmadığını qeyd edib. 

Chosen
26
6
qafqazinfo.az

10Sources