EN

Bakıda yük maşını tuneldə qəza törətdi, partlayış təhlükəsi yarandı -VİDEO/FOTO

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yük avtomobili qəza edib, ətrafa dağılan yanacaq yanğın-partlayış təhlükəli yaradıb.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub: "Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “MERCEDES” markalı yük avtomobilinin idarəetməni itirərək tunelin divarına çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində yanğın-partlayış təhlükəli vəziyyətin yarandığı müəyyən olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər sayəsində təhlükə aradan qaldırılıb".

[media=https://www.youtube.com/watch?v=PmXq0254D-w]

Chosen
2
49
senzor.az

10Sources