EN

Türkiyəli aktrisa Amerikada girov saxlanıldı

Özündən 48 yaş böyük Patrik Qreydi adlı amerikalı biznesmen ilə ailə quran aktrisa Məltəm Miraloğlu girov götürüldüyünü bildirib.

Teleqraf.com xəbər verir ki, aktrisa instaqram hesabında bununla bağlı paylaşım edib.

O, sənədlərinin oğurlandığını və Amerikada girov götürüldüyünü açıqlayıb:

"Məqsədim paylaşdığım videolarınİmmiqrasiya Federal Ali Məhkəməsinin İnsan Hüquqları üzrə hakiminə çatdırılmasıdır. Mən vəkillə təmin olunmaq, hüquqlarımı müdafiə etmək istəyirəm. Sənədlərim oğurlandıqdan sonra girov saxlandığım Amerikada Türkiyəyə girişimin qarşısı alınır. Mən Amerika vətəndaşlığımı almaq və azadlığıma qovuşmaq istəyirəm".

Qeyd edək ki, Məltəmin döyülməsi haqda məlumatlar da yayılıb.


Müəllif: Teleqraf.com
Chosen
14
5
teleqraf.com

10Sources