EN

Rusiya hərbçiləri Ermənistanda təlim KEÇİRİR

Rusiya Müdafiə Nazirliyinin Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının “Alagöz” poliqonunda döyüş atəşləri ilə batalyon taktiki təlimlərinə start verilib.

"Unikal" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, təlimlərdə hərbi qulluqçular tabor taktiki qrupuna daxil olan bölmələr arasında döyüş və qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqları məşq edirlər.
Təlimlərin birinci mərhələsində döyüşə hazırlığın ən yüksək səviyyəsinə çatdırılması, cəmləşmə zonasına yürüş, komanda məntəqələrinin yerləşdirilməsi və təchiz edilməsi, texnikanın kamuflyaj və yerləşdirilməsi, döyüş zastavalarının təşkili kimi tədbirlər hazırlanıb.


Mənbə: unikal.az

Chosen
4
27
unikal.az

10Sources