AB-nin Tehrana qarşı tətbiq etdiyi yeni sanksiyalardan dolayı Macarıstanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Viral.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, AB-yə sədrlik edən Macarıstanın səfiri İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini tərəfindən çağırılıb və ona Avropa Birliyinin İrana qarşı son sanksiya qərarına kəskin etiraz bildirilib.
Son Yazılar:
- Macarıstan səfiri İran XİN-ə çağırıldı
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Ermənistanda Rusiya hərbçiləri təlim KEÇİR
“İran İslam Respublikasına qarşı sanksiyalar kimi qeyri-qanuni və məcburedici üsullarla müraciət qəbuledilməzdir və heç bir nəticə verməyəcək”, – İran XİN rəsmisi qeyd edib.